Türkiyəli müğənni və yazar Ömür Gedikin televiziya efirində açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, sənətçi süni ətin geniş yayılmasının tərəfdarı olduğunu bildirib.
"Ət yeyək, amma heyvanlar ölməsin. Heyvanlara əziyyət verməməliyik. Mən də ət yemək istəyirəm, amma heyvanları öldürmək istəmirəm", - deyə Ö.Gedik bildirib.
Qeyd edək ki, süni ət tamamən laboratoriya şəraitində hazırlanır. İstifadəsi geniş yayılmayıb.
Milli.Az