Aktyorun olduğu təyyarəni ildırım vurdu

2 Noyabr 2021 09:18

Sonuncu dəfə "Son yaz" serialında rol alan aktyor Emre Karayelin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Adanadan İstanbula qayıtdığı zaman təyyarəni ildırım vurub.

O, bu barədə sosial şəbəkədə məlumat verib:

"Təyyarədə partlayış oldu, "ildırım vurdu" anonsu edildi. Pilot təyyarəni uğurla endirdi. Nə yalan deyim, çox qorxduq".

Milli.Az