Dünyada ilk pilotsuz su taksi xidməti istifadəyə verildi - VİDEO

2 Noyabr 2021 12:24

Niderlandın paytaxtı Amsterdamda dünyanın ilk pilotsuz su taksisi sakinlərin istifadəsinə verilib.

Hələlik su taksilərinin test rejimində insanlara xidmət etdiyi bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, su taksiləri Massaçusets Texnologiya İnstitutu və Amsterdam Universitetindən olan tələbələr tərəfindən hazırlanıb.

Qayıq beş nəfəri sərnişin üçün nəzərdə tutulub.

Milli.Az