Abşeronda yeniyetmə qızı avtomobil vurub

2 Noyabr 2021 08:28

Müşviqabad qəsəbəsində avtomobil qəzası zamanı 16 yaşlı qızı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 2006-ci ildə anadan olmuş Balakişiyeva Sevinc Xəqani qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az