Bərdə rayon sakini Bakıda bıçaqlanıb

2 Noyabr 2021 08:18

Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.

1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az