Tofiq Bayramın oğlu koronavirusdan vəfat etdi

2 Noyabr 2021 08:33

Azərbaycanın mərhum şairi Tofiq Bayramın oğlu Cavanşir Bayramov vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ötən gün koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Cavanşir Bayramov Tofiq Bayramın ortancıl oğlu idi. Şairin böyük oğlu Zakir Bayramov isə 2004-cü ildə dünyasını dəyişib.

Milli.Az