"Instagram"ın işində fasilələr yaranıb

2 Noyabr 2021 07:15

Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində fasilələr müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector xidmətinin saytında bildirilib.

Ən çox şikayət ABŞ, Kanada və Böyük Britaniyadan gəlir. Bildirilib ki, ABŞ-da problemlərlə bağlı şikayət edən istifadəçilərin 53 faizi proqramın işindən şikayət edir, 24 faizi sayta daxil ola bilmir, 23 faizi öz hesablarına daxil ola bilmir.

Milli.Az