Türkiyə ilə ABŞ arasında F-35 qırıcılarına dair müzakirələr davam etdiriləcək

1 Noyabr 2021 23:20

Türkiyə və ABŞ Müdafiə nazirliklərinin nümayəndə heyətlər arasında F-35 qırıcıları ilə bağlı müzakirələrin ikinci mərhələsi yaxın aylarda davam etdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Anadolu agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Müzakirələrin Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Milli.Az