Məşhur türkiyəli aktrisa vəfat etdi - FOTO

1 Noyabr 2021 17:40

Türkiyənin məşhur aktrisası Semra Dinçer 56 yaşında dünyasını dəyişib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçı Haluk Levent tvitterdə bildirib. 

Onun sözlərinə görə, aktrisa iki il idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 

Qeyd edək ki, S. Dinçer 1965-ci il iyulun 25-də Ankarada anadan olub. O, tamaşaçılara daha çox "Kuzey Güney", "İstanbullu gelin", "Kaybolan Yıllar", "Kavak Yelleri", "Kırmızı Oda" seriallarından tanışdır. 

Milli.Az