Uşaq dünyaya gətirmək istəyən Pərvin Abıyeva: Birinci oğlan olacaq

1 Noyabr 2021 14:16

"Allah nə verirsə, təbii ki, min şükür. Amma hiss edirəm ki, ilk övladım oğlan olacaq".

Milli.Az xəbər verir ki, bunu aktrisa-model Pərvin Abıyeva "Tarixin bir günü" verilişində deyib.

Pərvin bildirib ki, hissləri belə deyir:

"Allahın verdiyi paya heç kimin sözü ola bilməz. Sadəcə elə hiss edirəm ki, mənim nə vaxtsa uşağım olsa, ilk uşağım oğlan olacaq".

Məhəmməd Vaqif
Milli.Az