Pərvinin aylıq xərci: "10-15 min çıxır"

2 Noyabr 2021 03:33

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə yenidən gündəmə gəlib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, serial və kino ulduzu "Fəlidən doğru xəbər" proqramına qonaq olarkən aylıq xərcləri barədə danışıb. 

Pərvin aparıcı Fəlakətin "Aylıq xərcin nə qədərdir? Min manat?", - sualına aktrisa "Minin üstünə 10-15 qat gəl",- cavabını verib. 

Bundan əlavə, Abıyeva şəxsi həyatı haqqında da danışıb:

"Hamıdan uzaqlaşmışam. Məsafəli şəkildə yaşayıram. Həm İstanbulda, həm də Bakıda qalıram. Orada da, burada da işlərim var. Sevgilim də yoxdur, subayçılıqdır".

Milli.Az