Afaq Gəncəli niyə efirə çıxmadı?

1 Noyabr 2021 17:12

Aparıcı Afaq Gəncəli bu gün "Səhər mərkəzi" proqramında efirə çıxmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramın digər aparıcısı Tural Əsədov bunun səbəbini açıqlayıb. O bildirib ki, Afaqın səhhətində problem yaranıb.

"Bu o demək deyil ki, Afaq daha burada olmayacaq. Yenidən bizimlə olacaq. Özünü pis hiss edir. Allahdan ona şəfa diləyirik" deyə, Tural bildirib.

Milli.Az