Ermənistanda daha 51 nəfər COVID-19-dan ölüb

1 Noyabr 2021 13:30

Ermənistanda ötən sutka ərzində daha 1 071 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 51 nəfər ölüb.

Milli.Az-ın "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 309 397 nəfərə çatıb.

Ermənistanda koronavirusdan ölənlərin sayı isə 6379 nəfərə yüksəlib.

Milli.Az