Kişi və qadın idmançının döyüşdürülmə səhnəsi - Sərt reaksiya doğurdu - VİDEO

1 Noyabr 2021 14:54

Polşada kişi və qadın idmançıların şou xatirinə döyüşdürülməsi sərt reaksiyalara səbəb olub.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, idman həvəskarları bu vəziyyətin qeyri-bərabər olduğunu və ortaya çıxan görüntülərin ədalətli olmadığını bildiriblər. Qadın kişi idmançı tərəfindən şiddətlə döyüldüyü üçün hakim görüşü dayandırmalı olub. Piotrek Muaboy ilə Ula Siekaçın şou döyüşü ölkədə böyük əks-səda doğurub.

Anar Əli
Milli.Az