Elza oğlu və gəlininin FOTOsunu paylaşdı

1 Noyabr 2021 13:42

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbər və gəlini Xəyalənin yeni fotolarını yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni nəvəsi Akifin ad günü olduğunu bildirib.

"Atanı, ananı sevindir, onlara xidmət et. Bu xidmətin əvəzində minlərcə xeyir görərsən. Akif balamızın doğum günüdür. 2 yaşı tamam oldu. Şükür Allahımıza. Atalı-analı böyüsün, atası kimi əsgər getsin. Elza nənən sənə heyran olsun, Akif əfəndi" deyə, Elsa paylaşımına yazıb.

Qeyd edək ki, Seyidcahan və oğlu uzun müddətdir küsülüdür.

Milli.Az