Yuxudaykən dodağından dişlədi: Oyananda gördükləri ŞOK etdi - FOTO

1 Noyabr 2021 12:00

Nataly Galdino adlı qadını yuxuda olarkən qırxayaq dodağından sancıb.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, başına gələn bu hadisəni sosial mediada paylaşan Nataly Galdino qırxayağın sancmasından sonra dodoqlarının şişdiyini, nəfəsalmasının çətinləşdiyini bildirib. Dərhal xəstəxanaya gedən qadına ağrıkəsici və alergiyaya qarşı dərmanlar verilib.

21 yaşlı qadın dodaqlarının şişməsinin iki gün davam etdiyini bildirib.

Milli.Az