G-20 qərar verdi: 1 trilyon ağac əkiləcək

1 Noyabr 2021 09:24

G-20 ölkələrinin lideri 2030-cu ilə qədər planetdə 1 trilyon ağac əkmək barədə hədəf qoyublar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu barədə G-20 sammitinin yekun bəyannaməsində deyilir.

"Planetin deqradasiyaya uğramış ekosisteminə diqqət çəkərək 1 trilyon ağac əkməklə bağlı iddialı məqsədimizi açıqlayırıq", - deyə bildirilib.

Həmçinin sənəddə bu işin ərsəyə gəlməsi üçün digər ölkələrin də səyləri birləşdirməsinin vacibliyi qeyd olunub.

Milli.Az