Ölkədə daha bir məktəb koronavirus səbəbindən bağlandı

31 Oktyabr 2021 16:52

Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.

Milli.Az xəbər verir ki, rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagird, 6 müəllim və 1 texniki işçisində koronavirus infeksiyası aşkar olunub.

Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb. Bu müddət ərzində məktəbdə dərslər distant formada keçiriləcək.

Milli.Az