Almaniyada koronavirusdan ölənlərin sayı 100 min nəfərə çatır

31 Oktyabr 2021 14:52

Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 16 887 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Bu barədə "Alman dalğası" məlumat yayıb.

Bununla da ölkədə COVİD-19-a yoluxma sayı 4 597 550-yə, ölənlərin sayı isə 95 729 nəfərə çatıb.

Milli.Az