“Barselona” yenə büdrədi - VİDEO

31 Oktyabr 2021 11:22

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunda "Barselona" evdə "Deportivo Alaves"lə bacarmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda "Barselona"dan Memfis Depay(49-cu dəqiqədə) qonaqlardan isə Luis Rioxa(52-ci dəqiqədə) fərqlənib.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 16 xalla doqquzuncu sırada qərarlaşıb.

Bu Kataloniya klubunun son 18 il ərzində göstərdiyi ən aşağı nəticədir.

Əlavə edək ki, "Barselona" bu ay İspaniya çempionatında beş oyun keçirib və cəmi bir dəfə qələbə qazanıb, üç dəfə isə məğlub olub. 

Milli.Az