"Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır" - Merkel

31 Oktyabr 2021 10:36

İtaliyanın paytaxtı Romada keçirilən sammitdə "Böyük İyirmilik" (G20) ölkələrinin liderləri 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-nin koronavirusa qarşı peyvənd olunması təklifini dəstəkləyiblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel deyib.

Onun sözlərinə görə, G20-nin hədəfi ilin sonuna qədər dünya əhalisinin 40%-nin, gələn ilin ortasında isə 70%-nin peyvənd edilməsidir.

Merkel əlavə edib ki, Almaniya digər ölkələrə bu il 100 milyon, 2022-ci ildə isə 75 milyon doza vaksin ayıracaq.

Milli.Az