Bakıda intihara cəhdin qarşısı alınıb

31 Oktyabr 2021 09:24

Bakı şəhərinin Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az