Gəncədə tələbə bıçaqlanıb

30 Oktyabr 2021 22:27

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az