Goranboyda piyadanı vurub qaçdı

30 Oktyabr 2021 22:21

Goranboyda piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib. Toydan çıxaraq yolu keçmək istəyən 1983-cü il təvəllüdlü kənd sakini Mirzəyev Rüfət Etibar oğlunu naməlum avtomobil vuraraq qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az