Oktyabrın 30-da Romada keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət zamanı əsas diqqət Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib. Bosniya nizamlanmasının təşviqi üçün birgə addımların, o cümlədən çoxtərəfli formatların istifadəsi ilə mümkünlüyü müzakirə edildi.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə "3+3" regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq gündəlikdəki bir sıra məsələlərə və ikitərəfli münasibətlərin əsas aspektlərinə toxunulub.
22:02
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Görüş "Böyük iyirmilik" (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutur.
Milli.Az