Ədən aeroportunda partlayış zamanı həlak olanların sayı artıb - YENİLƏNİB

30 Oktyabr 2021 23:11

Ədən aeroportuna terror hücumu zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaralıların sayı barədə məlumatlar ziddiyyətlidir. Partlayışdan sonra güclü yanğın baş verib. Bir neçə avtomobil yararsız vəziyyətə düşüb.

20:06

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında güclü partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, partlayış nəticəsində azı 10 nəfərin öldüyü bildirilir.

Məlumata görə, avtomobilə quraşdırılmış mina partladılıb.

Milli.Az