Yaşa görə pensiya alanların sayı açıqlanıb

30 Oktyabr 2021 14:22

Bu ilin sentyabr ayında yaşa görə pensiya alanların ümumi sayı 709 min nəfərdən çox olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, onların 39,7%-ni kişilər, 60,3%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Milli.Az