Bakıda NATO konfransı başlayıb

4 May 2010 11:29
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) və NATO ilə əlaqələndirici olan Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan-NATO əməkdaşlığının 16 illiyinə və Alyansın yaranmasının 61 illiyinə həsr olunub.

Konfransın əsas məqsədi Azərbaycan-NATO əməkdaşlığının reallıqlarını və perspektivlərini müzakirə etməkdir. Tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Urekenin "NATO-nun tərəfdaşlıq siyasətinə dair bəzi qeydlər", Norveçin Azərbaycandakı səfiri İoan Romberqin "NATO Yeni Strateji Konsepsiya axtarışında" mövzusunda məruzələri dinləniləcək.

Bundan əlavə, konfransda NATO-nun tərəfdaş ölkələrlə münasibətləri, Yeni Strateji Konsepsiya ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransda Azərbaycanın Xarici İşlər Nazirliyinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici ekspertlər, bir sıra QHT-lərin rəhbərləri və s. iştirak edirlər.

/AzərTAc/