Müğənni Elçin Hüseynov "Zaurla Günyadın" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, bu zamana kimi kilolu halı ilə daha çox yadda qalan Elçin xeyli arıqlaması ilə diqqət mərkəzinə düşüb. Müğənni 35 kilo arıqladığını bildirib:
"Çəkim 120-ni keçmişdi. 5 aya bu qədər çəki atdım. Hazırda 92 kiloyam".
Verilişin aparıcıları da müğənninin yeni görkəmindən təəccüblərini gizlətməyiblər.
Elçin hələ də çəki atacağını sözlərinə əlavə edib.
Məhəmməd Vaqif
Milli.Az