"Sonuncu eşqim bir daha münasibət qurmamağı öyrətdi"

30 Oktyabr 2021 18:18

Türkiyəli müğənni Edis İbrahim Selimin "YouTube"da yayımlanan proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Sonuncu eşqin sənə nə öyrətdi" sualına belə cavab verib:

"Bir daha münasibət qurmamağı öyrətdi".

Qeyd edək ki, Edis 12 il eşq yaşadığı Aylin Önce ilə 3 il öncə ayrılıb. O, həmin vaxtdan heç kimlə münasibət qurmayıb.

Milli.Az