ABŞ-dan İrana qarşı yeni sanksiyalar

30 Oktyabr 2021 14:40

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən yayılan məlumata görə, yeni qadağalar dörd nəfər İran vətəndaşı və iki şirkətə şamil olunub.

Sözügedən şəxslərdən ikisi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrdə şübhəli bilinir.

Milli.Az