Bakının Xətai rayonunda yüksək sürət qəzaya səbəb olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Ukrayna dairəsi" kimi tanınan ərazidə baş verib.
Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib.
Nəticədə dairədə idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb. Minik avtomobilinin sərnişini xəsarət alıb. İşıq dirəyi aşıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az