O da “Altın Kelebek”dən imtina etdi

30 Oktyabr 2021 03:17

Çingiz Mustafayevdən sonra Hiss də "Altın Kelebek" mükafatlandırma gecəsinə namizədliyindən çəkilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

"Bəzi səbəblərdən "Altın Kelebek"dən çəkildim. Mənə verəcəyiniz səsi Ayaz Babayeva verərsiniz", - deyə, o, yazıb.

Qeyd edək ki, "Kelebek" uğrunda mübarizəni Ayaz Babayev, Nahidə Babaşlı və Çinarə Məlikzadə aparacaq.

Milli.Az