Maradonanın qızları: “Atamızın ölümündən pul qazanırlar”

30 Oktyabr 2021 03:30

İspaniyanın "Barselona" və Argentinanın "Boka Xuniors" komandalarının mərhum argentinalı futbolçu Dieqo Maradonanın xatirəsinə həsr olunmuş bir matçda üz-üzə gələcəklərini xəbər vermişdik.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Maradonanın qızları Dalma və Caninna "Cuatro" nəşrinə açıqlamada, sözügedən klubların atalarının ölümündən pul qazanmaq istədiklərini deyiblər:

"Atamızın ölümündən pul qazanırlar".

"Barselona" və "Boka Xuniors" komandaları arasında Maradonanın xatirəsinə həsr olunmuş matç dekabrın 14-də keçiriləcək.

Milli.Az