Film çəkilişində koronavirusa yoluxdu

29 Oktyabr 2021 19:18

Dünyaca məşhur aktyor Ceyson Momoa koronavirusa yoluxub. 

Milli.Az olay-a istinadən yazır ki, sənətçinin COVID-19 testi pozitiv çıxıb. 

Onun "Aquaman and the Lost Kingdom" filminin çəkilişləri zamanı yoluxduğu öyrənilib.

Aktyorun vəziyyətinin yaxşı olduğu söylənilib.

Milli.Az