Məktəbdə rəzalət: Şagirdlər direktorun qucağında rəqs etdilər - VİDEO

29 Oktyabr 2021 09:25

ABŞ-ın Kentukki ştatındakı məktəbdə qalmaqallı hadisə baş verib.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən tədbirdə, şagirdlər məktəbin direktoru, bələdiyyə sədri və müəllimlər üçün "qucaq" rəqsi nümayiş etdirib.

Görüntülər sosial mediada yayılandan sonra araşdırmalar başlayıb. Valideynlər də məsələyə etiraz edib. Yerli məktəblərin rəhbəri hadisəni "rəzalət" adlandırıb.

O, bununla bağlı lazım olan cəzaların tətbiq ediləcəyini ifadə edib.

Milli.Az