Koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlandı

29 Oktyabr 2021 10:00

Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

"Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir", - nazirlikdən bildirilib.

Milli.Az