“Mənə falçılar çox yazır” - Günay

29 Oktyabr 2021 12:46

Mənə instaqramda falçılar çox yazır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Səhər mərkəzi" proqramında müğənni Günay İbrahimli deyib. O, sosial şəbəkələrdə ona yazılan şərhlərdən danışıb:

"Biri paylaşımlarıma gah yaxşı, gah da pis söz yazır. Psixoloji təsir göstərir. Oxuyuram, amma cavab yazmıram. Elə bilirəm ki, keçmiş tanışlarımdan biridir. Çünki çoxunu düz yazır. Bir də görürsən üst-üstə düşür".

Bir sosial şəbəkə istifadəçisinin "Sən Günay İbrahimlisən, niyə özünü Damla kimi aparırsan" şərhinə müğənni bunları söyləyib:

"Heç oxşamırıq. Əlaqəmiz yoxdur. Münasibətimiz yaxşıdır. Damla yaxşı qızdır. Kimsə ilə işi olmaz, başını aşağı salıb işi ilə məşğuldur. Onun səhifəsindəki şəkilləri bəyənmirəm. O, özünü tapmalıdır, hiss etməlidir".

Milli.Az