O da “Kırmızı oda”ya gəldi

29 Oktyabr 2021 11:58

Türkiyənin ən çox izlənilən seriallarından biri olan "Kırmızı oda"ya yeni sima gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənni-aktyor Emre Altuğ da serialın komandasına qatılıb.

O, çəkiliş meydançasından  foto paylaşaraq izləyicilərinə yeni layihənin xəbərini verib.

Qeyd edək ki, serial psixoloq-yazar Gülşen Budayıcıoğlunun "Madalyonun içi" kitabı əsasında çəkilir. Ekran işinin əsas obrazını isə Binnur Kaya canlandırır. 

Milli.Az