Xavinin “Barsa”nın sükanı arxasında ilk matçı məlum oldu

29 Oktyabr 2021 11:16

Xavinin "Barselona"nın baş məşqçisi kimi debut matçı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya Radiosunun efirində jurnalist Ramon Salmurri bildirib.

Məlumata görə, ispaniyalı mütəxəssis noyabrın 6-da "Selta" ilə keçiriləcək LaLiqa qarşılaşmasında "Barsa"ya rəhbərlik edəcək.

Onun məşqçi korpusuna altı köməkçi daxil olacaq.

Milli.Az