Türkiyə futbolunda azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır

28 Oktyabr 2021 21:31

Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır.

Milli.Az "Report"a istinadən bildirir ki, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.

TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.

Milli.Az