Azərbaycan ordusu dünya reytinqində

28 Oktyabr 2021 12:11

"Global Firepower Index 2021" dünya ölkələrinin hərbi qüdrət potensialına görə reytinqini açıqlayıb.

Reytinqdə 63-cü yerdə olan Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Gürcüstan 92-ci, Ermənistan 100-cü yerdədir.

Milli.Az bildirir ki, reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiyadır.

Pakistan 10-cu, Türkiyə 11-ci, İran 14-cü, İsrail 20-ci pillədə bərqərar olublar.

Reytinqdə son yerləri Mərkəzi Afrika Respublikası, Qabon, Şimali Makedoniya, Eritreya, Surinam, Syerra-Leone, Somali, Liberiya, Kosovo və Butan tutublar.

"Global Firepower Index"in reytinqi hazırlanarkən 50 amil, o cümlədən ölkənin silahlı qüvvələrinin sayı, aviasiasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin çeşidi və s. kimi göstəricilər, habelə ölkənin təbii ehtiyatları, işçi qüvvəsi, nəqliyyat və loqistik imkanları nəzərə alınıb. Ölkənin hərbi büdcəsinin, xarici borcunun, valyuta ehtiyatlarının həcmləri və ölkə vətəndaşlarının alıcılıq qabiliyyəti də önəmli amillər sırasındadır.

Milli.Az