Yağışdan sığınmaq üçün girdiyi evdə təcavüzə məruz qaldı - FOTO

28 Oktyabr 2021 11:52

İngiltərənin Preston Crown Court şəhərində Matteu Kauston adlı şəxs yağışda islanmamaq üçün əvvəllər tanıdığı qadını evinə dəvət edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 27 yaşlı Matteunun təklifini qəbul etmək qadına baha başa gəlib. Yuxuya gedən qadın oyananda dostunun onunla cinsi əlaqədə olmaq istədiyini görür. Sonradan ifadəsində bildirib ki, yuxulu olduğundan nə baş verdiyini tam dərk edə bilməyib. Ertəsi gün dostuna zəng edərək onunla cinsi əlaqədə olub-olmadığını soruşub. Qadınaın ondan şikayət etməyəcəyinə dair söz verdikdən sonra "Bəli, etdim, azğın idim. Buna görə üzr istəyirəm" deyib. Gənc qadın isə əvəzində polis bölməsinə gedərək hadisə ilə bağlı şikayət edib. Polis də təcavüzkarı həbsxanaya göndərib.

Kauston müdafiəsində qadına təcavüz etmədiyini bildirib. Lakin sonradan sübutlar qadının xeyrinə olandan sonra o, zorlamanı etiraf edib və peşman olduğunu bildirib. İndi də 10 il 5 ay müddətinə həbsxanada cəza çəkməli olacaq.

Anar Əli
Milli.Az