“Hər kəsə sənin kimi qayğıkeş bacı arzulayıram” - Qardaşından Dilarəyə

28 Oktyabr 2021 11:40

Əməkdar artist Dilarə Əliyeva növbəti doğum gününü qeyd edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin aktyor qardaşı Vüsal Murtuzəliyev bacısını sosial şəbəkə hesabında təbrik edib. Aktrisa ilə fotolarınə paylaşan vüsal bu sözləri yazıb:

"Əzizim, doğmam, tamaşaçıların sevimlisi, bu gün sənin günündür. Hər kəsə sənin kimi qayğıkeş, diqqətli bacı, xeyirxah, yaxınlara-yadlara təmənnasız yaxşılıq edən insan olmağı arzulayıram. Yaxşı ki varsan, yaxşı ki mənim bacımsan. İstedadınla, zəhmətinlə gəlib çatdığın bu zirvəni, sevgini həmişə qoruyub saxlayacağına əminəm. Yetər ki,canın həmişə sağlam olsun. Həmişə doğmalarının xoş günlərini görəsən"

Qeyd edək ki, aktrisanın 49 yaşı tamam olub.

Milli.Az