Maaş ala bilməyiblər

28 Oktyabr 2021 11:04

Türkiyənin uzun müddətdir davam edən serialı "Arka sokaklar"ın çəkiliş meydançasında gərginlik yaşanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, işçilər yeni sezonda maaşları ödənilmədiyi üçün çalışmaqdan imtina ediblər. Avqustun 24-də çəkilişə başlayan komandadan kimsəyə ödəniş olunmayıb.  

Qeyd edək ki, serial 2006-cı ildən bəri yayımlanır.

Milli.Az