Bakıda ağır yol qəzası: Taksi aşdı, yaralılar var - FOTO

28 Oktyabr 2021 09:19

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Mikayıl Əliyev küçəsində "Azsamand" markalı avtomobillə "Kia rio" markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü (şəxsiyyətəri dəqiqləşdirilir-red) ağır xəsarətlər alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisəyə səbəb "Azsamand" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az