Con Kirbi: Çinin yürütdüyü siyasət bizi narahat edir

28 Oktyabr 2021 10:28

ABŞ-ı Çinin yalnız hipersəs silahlarının sınağı yox, eyni zamanda bu ölkənin Hind və Sakin okean, eləcə də digər regionlarda yürütdüyü siyasət narahat edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Con Kirbi deyib.

O bildirib ki, Vaşinqton Çinin hipersəs raketləri sahəsində inkişaf meyillərindən narahatlığını konkret şəkildə ifadə edib:

"Təkcə quruda və dənizdə artan potensialından deyil, həm də qorxutmaq və məcbur etmək üçün regionda xarici siyasətindən də istifadə edir".

Milli.Az