İnstaqramda yeni funksiya

28 Oktyabr 2021 08:23

İnstaqramda yeni funksiya əlavə olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, artıq linklərin stikerləri instaqram istifadəçiləri üçün əlçatan olacaq.

Yeni funksiya həm adi istifadəçilər, həm də böyük şirkətlər, eyni zamanda bloqerlər üçün faydalı olacaq.

Hekayəyə (story) link əlavə etmək üçün ekranın yuxarısındakı "stikerlər" menyusuna daxil olub, müvafiq düyməni seçmək və səhifənin ünvanını daxil etmək lazımdır.

Bu funksiya yalnız hekayələr üçün nəzərdə tutulub.

Milli.Az