“Bunlar hamısı o ətin içindəki sümüklərdir...” - Əli Mirəliyev yenə müğənnilərə “ilişdi”

27 Oktyabr 2021 20:24

"Nadirin gileylənməyə haqqı var. O Xalq artisti fəxri adı alanların əksəriyyətindən yaxşı oxuyur"
 
Milli.Az xəbər evrir ki, bunu moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, Nadir Qafarzadənin ölkəni tərk etmədiyini, Moskvaya toya getdiyini bildirib:
 
"Nadir ölkəni niyə tərk edir ki, ölkə neyləsin? Moskvaya toya gedib oxuyub gələcək. Ailəsi Azərbaycandadır, Nadir hara gedəsidir ki? Sadəcə Nadir əsəbiləşib, bu ona da təsir edib. Əlbəttə, Nadirin müğənni kimi xidmətləri olub. Miri Yusifin var, rep oxuyan. O, nə oxuyur ki, onun oxumağından bir şey anlayırsınız ki? Bilmirəm o, gop eləyir, ya rep eləyir, amma onu bilirəm ki, Xalq artistidir. Əlbəttə ki, bu, adama təsir edir. Hələ o birilərinin adını çəkmirəm, biri bəsdir. O vaxt qəssablar ət satanda ətin yaxşı yerini göstərib, torbaya qoyanda isə arasında sümüyü də atırdılar. Bunlar hamısı o ətin içindəki sümüklərdir".

Milli.Az