Türkiyənin Antalya vilayətini yanvar-oktyabr aylarında 7,7 milyon xarici turist ziyarət edib, turist axınında hələ də ruslar liderdir.
"Payızda Antalyaya turist axını artmaqda davam edir... Yanvarın 1-dən oktyabrın 17-dək Antalya beynəlxalq hava limanına təxminən 7,7 milyon xarici turist, oktyabrın 1-dən 17-dək isə 987,4 min sərnişin hava limanına enib", - deyə Yenialanya portalı xəbər verir.
Milli.Az aviatravel.az-a istinadən bildirir ki, portalın qeyd etdiyi kimi, Rusiya Antalyaya turist axınında lider olaraq qalır, ilin əvvəlindən onu 3 milyondan çox rusiyalı turist ziyarət edib. İkinci yerdə Almaniya 1,3 milyon səyahətçi ilə qərarlaşıb. İlk üçlüyü (1,2 milyon turist) Ukrayna bağlayır. Ondan sonra Polşa (384,6 min) və Qazaxıstan (185,4 min turist) gəlir.
Böyük Britaniya sentyabrın 22-də Türkiyəyə uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb. Sentyabrın 23-dən oktyabrın 17-dək Antalyaya 26 minə yaxın britaniyalı turist gəlib.
Milli.Az